Son 4 gün ərzində paytaxtın Bulvar ərazisində itən uşaqların sayı açıqlanıb.
Daxili İşlər Nazirliyinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Modern.az-a bildirib ki, valideyn nəzarətindən yayınaraq itkin düşən 35 uşaq müəyyən olunub.
DİN rəsmisinin sözlərinə görə, son 4 gündə onlar post patrul xidmətinin əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib.