Bu gün Abşeron Rayon Mühafizə İdarəsinin polis nəfəri İntiqam Çıraqov təlimə gedərkən xidməti silahla ehtiyatsız davrandığına görə açılan atəşdən xəsarət alıb.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Mətbuat Xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.
Rəsmi məlumata görə, polis əməkdaşı dərhal DİN-nin Hospitalına çatdırılıb. Bütün tibbi müdaxilələrə baxmayaraq, vəfat edib.