Modern.az

DİN Kürdəmirdəki qəza ilə bağlı MƏLUMAT YAYDI

DİN Kürdəmirdəki qəza ilə bağlı MƏLUMAT YAYDI

Hadisə

2 İyun 2022, 10:20

İyunun 1-də saat 22 radələrində Kürdəmir rayonunun Topalhəsənli kəndi ərazisində Şəki rayon sakini F.İsmayılovun idarə etdiyi “KamAZ” və Ağsu rayon sakini Elman Əşrəfovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, nəticədə E.Əşrəfov və sərnişini Niyaməddin Ağayev hadisə yerində ölüb, həyat yoldaşı F.Əşrəfova isə xəstəxanaya yerləşdirilib.


Rəsmi məlumata görə, hazırda faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir