Modern.az

Rusiyadan qovuldu, ailəsi tərk etdi - 8 il maşında gecələdi

Rusiyadan qovuldu, ailəsi tərk etdi - 8 il maşında gecələdi

Hadisə

6 İyun 2022, 21:40

Bakıda avtomobildən orta yaşlı kişinin meyiti tapılıb.

Modern.az-ın məlumatına görə, hadisə ötən gün paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Yerli sakinlər arasında “Mebelni” adlandırılan ərazidə park edilmiş “Tofaş” markalı avtomobildə Mübariz Zeynalovun meyiti aşkar edilib.

Hadisə barədə dərhal polisə məlumat verilib. Əraziyə cəlb olunan polis əməkdaşlarının müşayiəti ilə meyit məhkəmə-tibbi ekspertizasına göndərilib.

Modern.az maşında meyiti tapılan şəxslə bağlı bəzi məlumatlar əldə edib.

Təxminən 50-55 yaşında olduğu deyilən M.Zeynalov uzun illər Rusiya Federasiyasında yaşayıb. O, qonşu ölkədə ailəsi ilə birlikdə yaşayaraq, orada müxtəlif işlərlə məşğub olub.

M.Zeynalov daha sonra Rusiyadan deportastiya olunub, ailəsi onunla birgə Azərbaycana gəlməkdən imtina edib. Geri qayıda bilməyən M.Zeynalov Bakıda bir müddət qohumlarının evində qalıb. Müəyyən səbəblərdən qardaşının evini tərk edən kişi taksi fəaliyyəti ilə məşğul olduğu “Tofaş” markalı avtomobildə qalıb.

Sakinlərin bildirdiyinə görə, epilepsiya xəstəsi olan M.Zeynalov 7-8 il avtomobildə gecələyib. Yaxınlıqda yaşayan sakinlər ailəsi tərəfindən tərk edilmiş kişiyə yardım edərək, gündəlik onu qida ilə təmin edib, digər zəruri ehtiyaclarını qarşılayıblar.

Ölümündən iki gün əvvəl Zeynalovun səhhəti pisləşib. Əraziyə çağırılan təcili tibbi yardım briqadası ona ilkin yardım göstərib. Həkim intensiv müalicəyə cəlb olunmasını tösviyə etsə də, o, xəstəxanaya getmək istəməyib.

Ötən gün sakinlədən biri yemək gətirən zaman M.Zeynalovun maşında öldüyünü müəyyən edib. Hadisə ilə bağlı polisə və mərhumun qardaşlarına məlumat verilib.

M.Zeynalovun epilepsiya xəstəliyindən öldüyü ehtimal edilir.

A.Rüstəm

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var