Modern.az

“Nə istəyirsiniz məndən?” - Şəfiqə Məmmədova suallardan qaçdı

“Nə istəyirsiniz məndən?” - Şəfiqə Məmmədova suallardan qaçdı

Hadisə

7 İyun 2022, 15:46

Bu gün sosial şəbəkə istifadəçiləri tərəfindən narazılıqla qarşılanan Nəsimi rayonundakı parklanma yerinin Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradıldığı məlum olub.

 

Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı məlumata görə, ölkə başçısının tapşırığına uyğun olaraq dərhal qanunsuz parklanma yerinin sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanılıb.

 

Modern.az-ın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova ilə əlaqə saxlayıb.

 

Ş.Məmmədova illərdir jurnalistlərə qarşı sərgilədiyi laqeyd münasibəti bu dəfə də qorumağı bacarıb.

 

Əməkdaşımızın qanunsuz parklanma barədə suallarını dinləmədən kobud cavab verən Xalq artisti, “Mən məşğulam, nə istəyirsiniz məndən, hər şeyi bilirəm, sakit olun", - deyib və telefonun dəstəyini asıb.

 

Elmar Hüseynov

Whatsapp
Bizə yazın!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir