Modern.az

Şizofreniya xəstəsi özünü dənizə atdı

Şizofreniya xəstəsi özünü dənizə atdı

Hadisə

8 İyun 2022, 11:00

İyunun 7-də saat 17 radələrində Səbail rayonu ərazisindəki Dənizkənarı Milli parkda bir nəfər özünü dənizə atıb.

 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumatda bildirilib.


Qeyd olunub ki, ərazidə xidmət aparan polis əməkdaşlarının çevikliyi sayəsində həmin şəxs sudan çıxarılıb.

 

Polis əməkdaşları tərəfindən onun Yevlax rayon sakini, şizofreniya xəstəliyindən əziyyət çəkən N.Əliyev olması müəyyən edilib.

 

 Hazırda faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir