Modern.az

Helikopter qəzasında həlak olan 4 türk iş adamının cəsədi tapıldı - FOTO

Helikopter qəzasında həlak olan 4 türk iş adamının cəsədi tapıldı - FOTO

11 İyun 2022, 17:32

İtaliyanın Toskana şəhərində 2 gün əvvəl radarlardan itən helikopterin qəzaya uğradığı yer müəyyənləşib.
 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, içərisində “Eczaçıbaşı Holdinq” nümayəndələrinin də olduğu helikopter qəzası 7 nəfərin ölümü ilə nəticələnib.

Ölənlərdən 4-ü türk iş adamıdır. İtaliya Hərbi Hava Qüvvələrinin dəstəyi ilə aparılan axtarış nəticəsində xilasetmə qrupu bu gün 7 nəfərin cansız bədənini aşkarlayıb.

Helikopter cümə axşamı günü havaya qalxmış və şimaldakı Treviso şəhərinə doğru hərəkət edərkən meşəlik ərazilərdə pis hava şəraiti səbəbindən radarlardan itmişdi.


“Eczaçıbaşı Holdinq”dən verilən məlumata görə, türk iş adamları İtaliyada keçirilən kağız texnologiyaları sərgisində iştirak etmək üçün getmişdilər.


 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər