Modern.az

Bakıda ağır yol qəzası - FOTO

Bakıda ağır yol qəzası - FOTO

Hadisə

12 İyun 2022, 18:50

Bakıda ağır yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Qaradağ rayonunda, Bakı-Ələt-Qazax magistralının Qobustan qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib.

 

Belə ki, “Hyundai Elantra” markalı minik avtomobili və “Ford Transit” markalı kiçiktutumlu yük maşını toqquşub. Hadisə nəticəsində “Ford Transit” metal arakəsmələrə çırpılaraq aşıb.

 

Qəza yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası gəlib. Ölən və xəsarət alanlarla bağlı hələlik dəqiq məlumat yoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var