Modern.az

DİN türk sürücünün öldüyü qəza ilə bağlı MƏLUMAT YAYDI

DİN türk sürücünün öldüyü qəza ilə bağlı MƏLUMAT YAYDI

Hadisə

15 İyun 2022, 11:01

Daxili İşlər Nazirliyi (DİN) Göygöldəki qəza ilə bağlı açıqlama yayıb.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, viyunun 14-də saat 14 radələrində Göygöl rayonunun Hacıməlik qəsəbəsində Türkiyə vətəndaşı Mecit Bakir idarə etdiyi “Renault” markalı qoşqulu yük avtomobilini qarşıda gedən Gəncə şəhər sakini R.Abbasovun idarə etdiyi “KamAZ” markalı qoşqulu yük avtomobilinə vurub.

 

Nəticədə M.Bakir hadisə yerində ölüb, digər sürücüyə isə xəstəxanada ilkin tibbi yardım göstərilib.


Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.   

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama