Goranboy rayonunda yerləşən məktəblərdən birinin otağından narkomanların istifadə etməsi ilə bağlı məlumatlar yayılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Modern.az-a bildirib ki, respublikanın digər şəhər və rayonlarında olduğu kimi Goranboy rayonunda da Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mütəmadi olaraq həm profilaktiki, həm də əməliyyat axtarış tədbirləri həyata keçirilir:
“Sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı polis əməkdaşları həmin ünvana gələrək müvafiq araşdırmalar aparıb. Məktəbə bitişik olan həmin təsərrüfat binasında hər hansı bir narkotik və ya istifadə edilməsi üçün əşya aşkarlanmayıb. Divardakı qan ləkəsindən isə nümunə götürülərək müvafiq ekspertizaya göndərilib”.