Modern.az

Minaya düşən ANAMA əməkdaşının ayağı amputasiya edildi - YENİLƏNİB 

Minaya düşən ANAMA əməkdaşının ayağı amputasiya edildi - YENİLƏNİB 

17 İyun 2022, 10:56

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Cəbrayılda minaya düşən əməkdaşının vəziyyəti barədə məlumat yayıb.

 

ANAMA mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iyunun 17-də Agentliyin əməkdaşı 1991-ci il təvəllüdlü Vəliyev Ruhin Sultan oğlu işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Nəticədə, Vəliyev Ruhin Sultan oğlu rayon xəstəxanasına yerləşdirilib, sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunub. Hazırda vəziyyəti stabildir.

 

Hadisə barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

 

****

10:14

 

2022-ci il 17 iyun tarixində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyininin əməkdaşı işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

 

Bu barədə Modern.az-a ANAMA-dan bildirilib.

 

“Hadisə tərəfimizdən araşdırılır. Araşdırmalar yekunlaşdıqdan sonra nəticə barədə ictimaiyyətə məlumat veriləcək”, - məlumatda qeyd olunub.

 

Minaya düşən əməkdaşın həyatı üçün təhlükə olmadığı açıqlanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var