Modern.az

Əvvəl keçmiş arvadını, sonra özünü öldürdü - İmişlidə DƏHŞƏT

Əvvəl keçmiş arvadını, sonra özünü öldürdü - İmişlidə DƏHŞƏT

Hadisə

18 İyun 2022, 10:28

İyunun 17-də İmişli rayonu ərazisində 1988-ci il təvəllüdlü Turan Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

İmişli rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, ilkin araşdırmalarla zərərçəkmişin keçmiş əri 1983-cü il təvəllüdlü Mehbalı Əhmədovun aralarında yaranmış münaqişə zamanı Turan Mustafayevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə daha sonra özünə bıçaqla xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var