Bu gün saat 16:00 radələrində metronun "Gənclik" stansiyasında iki gəncin (oğlan və qız) vəziyyəti qəfildən pisləşib.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a bildirib ki, hər iki şəxsə ilkin olaraq, sərnişinlər və polislər tərəfindən yardım edilib.
Sərnişinlərin halının qıcolma səbəbindən pisləşdiyi bildirilib. Hər iki sərnişinə yerində yardım edildikdən sonra evə göndəriliblər.