Modern.az

Füzulidə polis minaya düşdü

Füzulidə polis minaya düşdü

26 İyun 2022, 23:00

İyunun 26-sı saat 21 radələrində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı 1989-cu il təvəllüdlü İlham Salmanov xidmətdən kənar vaxtda Füzuli rayonun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən Modern.az-a daxil olan birgə məlumatda bildirilib.


Xəsarət almış polis serjantı İlham Salmanov xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti qənaətbəxşdir.

 

Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

 

Faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı