Modern.az

Məktəbdəki yanğın söndürüldü - VİDEO (YENİLƏNİB)

Məktəbdəki yanğın söndürüldü - VİDEO (YENİLƏNİB)

Hadisə

28 İyun 2022, 19:14

Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində orta məktəb binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

 

Bu barədə Modern.az-a FHN-dən məlumat verilib.

 

Bildirilib ki, müşahidə olunan güclü küləyə, habelə məktəbin mərtəbəlarası örtüyünün bəzi yerlərdə taxta konstruksiyalardan ibarət olmasına baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğının daha geniş əraziyə yayılmasına imkan verilməyib.

 

Yanğın nəticəsində ümumilikdə təxminən 1100 kv.m sahəsi olan dam örtüyünün 700kv.m hissəsi və 2 sinif otağı yanıb, digər sinif otaqları və dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub.

 

 

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində orta məktəb binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal çağırış üzrə cəlb olunub.

 

Bu barədə Modern.az-a FHN-dən bildirilib.

 

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

 

Yanğının söndürülməsinə müşahidə olunan güclü külək və məktəbin dam örtüyünün bəzi yerlərdə taxta konstruksiyalardan ibarət olması mane olur. İnsan həyatı və sağlamlığı üçün hər hansı təhlükə yoxdur.

 

Əlavə məlumat veriləcək.

***

 

17:20

 

Sabunçuda məktəb yanır.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində orta məktəb binasında yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

 

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı