Modern.az

Cəlilabadda ağır QƏZA - 18 yaşlı gənc öldü

Cəlilabadda ağır QƏZA - 18 yaşlı gənc öldü

Hadisə

29 İyun 2022, 19:57

Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, qəza zamanı “Hyundai Santa Fe” markalı minik avtomobili ilə VAZ-2107 markalı minik avtomobili toqquşub. Nəticədə Sabirabad kənd sakinləri - 1997-ci il təvəllüdlü Əliyev Ramal Natiq oğlu, 2004-cü il təvəllüdlü Abbasov Aslan Fikrət oğlu xəsarət alıb. 2004-cü il təvəllüdlü Məmmədov Dünyamalı İslam oğlu isə hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı