Modern.az

Hərbi qulluqçumuz vəfat etdi

Hərbi qulluqçumuz vəfat etdi

Hadisə

30 İyun 2022, 11:37

İyunun 29-da Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi qulluqçu əsgər Məmmədli Fazil Məzahir oğlu vəfat edib.

 

Bu barədə Modern.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verib.

 

Qeyd edilib ki, əsgər xüsusi texnika ilə ehtiyatsız davranması nəticəsində aldığı xəsarətlərdən ölüb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmaqla hazırda Hərbi Prokurorluqda istintaq aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama