Modern.az

3 bacı anasının sevgilisi tərəfindən döyülüb - FOTOLAR

3 bacı anasının sevgilisi tərəfindən döyülüb - FOTOLAR

Hadisə

30 İyun 2022, 16:38

Sumqayıtda 3 azyaşlı bacı şiddətə məruz qalıb.

 

Modern.az xəbər veri ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə "Facebook" hesabında məlumat paylaşıb.

 

Onun sözlərinə görə, uşaqları analarının sevgilisi döyüb:

 

"Uşaqların anası sevgilisi ilə birlikdə narkotik aludəçisinə çevrilib. Uşaqları təhlükəsizlik baxımından xala ilə baba sığınacağa yerləşdirib. Narkotik aludəçisi cinayətini ört-basdır etmək üçün nələrə əl atmaz ki... 1 ildir ki,  uşaqlar təhsildən yayınıblar".

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a bildirilib ki, faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi (Qəsdən sağlamlığa yüngül zərər vurma) ilə cinayət işi başlanılıb.

 

"Azyaşlılara yetirilən xəsarət dərəcəsinin müəyyən edilməsi üçün ekspertiza təyin edilib. Uşaqlara xəsarət yetirməkdə şübhəli bilinən T.Mehdiyevin saxlanılması istiqamətində tədbirlər aparılır. İstintaqın gedişindən asılı olaraq əmələ obyektiv hüquqi qiymət veriləcək", - rəsmi məlumatda qeyd olunub. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı