Modern.az

Tibb Universitetinin klinikasında İNTİHAR

Tibb Universitetinin klinikasında İNTİHAR

Hadisə

4 İyul 2022, 09:46

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında intihar hadisəsi olub.

 

Modern.az xəbər verir ki, iyulun 2-də xəstəxanada müayinəyə gəlmiş 1986-cı il təvəllüdlü Aysel Xəlilova özünü klinikanın 10-cu mərtəbəsindən atıb. O, binanın 4-cü mərtəbəsinin eyvanına çırpılaraq vəfat edib.

 

ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova Modern.az-a faktı təsdiqləyib. O bildirib ki, hazırda faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı