Modern.az

Bakıda adam OĞURLUĞU - 500 manat istədilər

Bakıda adam OĞURLUĞU - 500 manat istədilər

4 İyul 2022, 11:24

Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Ş qardaşının cinayət törətdiyi və buraxılması müqabilində ondan 500 manat pul tələb edildiyi barədə iyulun 3-də mobil telefonuna mesaj yazıldığını bildirib.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində onun qardaşının Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş H.Muradov və Cəbrayıl rayon sakini Ə.Həsənov tərəfindən oğurlanması müəyyən olunub. Əməliyyat tədbirləri ilə onlar saxlanılıblar. 


Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü  (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.


Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı