Modern.az

Ermənistan himninə görə güləşçimizin medalı əlindən alındı - VİDEO

Ermənistan himninə görə güləşçimizin medalı əlindən alındı - VİDEO

Hadisə

4 İyul 2022, 13:52

Azərbaycan güləşçisi Sabir Cəfərov Romada keçirilən Avropa çempionatının finalında erməni idmançı Hayk Papikyana 2:3 hesabı ilə uduzub.

 

Modern.az xəbər verir ki, güləşçimiz mükafatlandırma mərasimində Ermənistan himni səslənən zaman fəxri kürsünü tərk edib.

 

Ermənistan Güləş Federasiyası Sabir Cəfərovdan Beynəlxalq Güləş Federasiyasına şikayət ünvanlayıb. Bundan sonra S.Cəfərov diskvalifikasiya edilib və onun medalı əlindən alınıb.

 

Qeyd edək ki, Sabir Cəfərov dəfələrlə beynəlxalq yarışlarda erməni idmançılara qalib gəlib. O, 2019-cu ildə erməni güləşçi üzərində 6:1 hesablı parlaq qələbə ilə Avropa çempionu olub.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama