Kür çayının Qazax rayonu ərazisindən keçən hissəsində 16 yaşlı gənc batıb.
Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
"112" qaynar telefon xəttinə Kür çayının Qazax rayonu, Yuxarı Salahlı kəndi ərazisindən keçən hissəsində 2006-cı il təvəllüdlü Quliyev Eldar Cəmaləddin oğlunun batması barədə məlumat daxil olub.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.