Modern.az

Arvadı tərəfindən döyülən 80 yaşlı kişi öldü

Arvadı tərəfindən döyülən 80 yaşlı kişi öldü

Hadisə

6 İyul 2022, 17:38

Bərdədə arvadı tərəfindən döyüldükdən sonra ütü ilə yandırılan kişi vəfat edib.

 

Modern.az xəbər verir ki, 80 yaşlı kişi dəfn edildikdən sonra ailə üzvləri onun ölümünə səbəb olan ikinci həyat yoldaşından şikayətçi olacaqlar.

 

Qeyd edək ki, hadisə Bərdə rayonunun Gərənə kəndində baş verib. Kənd sakini Hidayət Cəfərovun həyat yoldaşı ərinin öldüyünü bildirib və dəfn üçün evə molla çağırıb. Molla H.Cəfərovun ölmədiyini gördükdən sonra onun övladlarına xəbər verib. Məhz bundan sonra Hidayət Cəfərovun arvadı tərəfindən işgəncəyə məruz qaldığı məlum olub. Övladları isə bu barədə polisə məlumat verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı