Modern.az

AİLƏ FACİƏSİ - Ərlə arvad qəzada öldü

AİLƏ FACİƏSİ - Ərlə arvad qəzada öldü

Hadisə

6 İyul 2022, 18:55

Bu gün Şabran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Gəndob kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


 “VAZ 2107” və “VAZ 2106” markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində 3 nəfər həyatını itirib.

 

Ölənlərdən ikisi ər-arvad olublar. Onlar Xaçmaz şəhərində yaşayıblar. Digər avtomobildə olan sürücü isə Şabran rayon sakinidir. Ağır qəza zamanı həmin şəxs hadisə yerində keçinib.

 

Hazırda faktla bağlı araşdırma aparılır. Ölənlərin kimliyi dəqiqləşdirilir.

 

Elmar Hüseynov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı