Modern.az

Bakıda polis qəzaya düşdü - Cinayət işi açıldı

Bakıda polis qəzaya düşdü - Cinayət işi açıldı

7 İyul 2022, 10:08

Bakıda Mirzəyev Niftulla İlham oğllunun idarə etdiyi Yol Patrul Xidməti (YPX) avtomobili qəzaya düşüb.

 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Modern.az-a bildirib ki, hadisə Ziya Bünyadov prospektindəki tuneldə baş verib.

 

DYP rəsmisinin sözlərinə görə, YPX avtomobili su daşıyan maşınla toqquşub:

 

"Qəzadan öncə tunelin içərisini yuyulduğundan, yer sürüşkən olub. Toqquşma nəticəsində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis serjantı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən polisin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir”.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı