Modern.az

81 saylı avtobus yenə QƏZAYA DÜŞDÜ

81 saylı avtobus yenə QƏZAYA DÜŞDÜ

Hadisə

7 İyul 2022, 11:42

Mehdiabad qəsəbəsində “Çinar Trans” MMC-nin istismarında olan 81 nömrəli müntəzəm marşrut xətti üzrə 99 JZ 281 DQN-lı avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

 

Bakı Nqəliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, avtobus dönmə əməliyyatı edərkən minik avtomobili ilə toqquşub.

 

Qəza avtobus depodan reysə çıxmaq üçün Qaraçuxur qəsəbəsinə gedən zaman baş verdiyindən nəqliyyat vasitəsi boş olub. Minik avtomobilində olan iki nəfər xəsarət alıb. 


Hadisə ilə əlaqədar müvafiq araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı