Modern.az

Şəhidin adını daşıyan yeniyetmə özünü öldürdü - Qıza görə…

Şəhidin adını daşıyan yeniyetmə özünü öldürdü - Qıza görə…

7 İyul 2022, 12:10

Ötən gün Neftçala şəhərində intihar edərək həyatına son qoyan 2005-ci il təvəllüdlü Eynullayev Vüqar Yaşar  oğlunun ölümünün bəzi detalları məlum olub.

Modern.az-ın əldə etdiyi məlumata görə, Vüqar sevdiyi qızla aralarında yaranan problemə görə canına qəsd etmək qərarına gəlib. 

Beləcə, yeniyetmə özünü yaşadığı evin həyətindəki kiçik tikilidə asıb. Yaxınlarının bildirdiyinə görə, Vüqar tərbiyəli və intizamlı şagird olub. 

Qeyd edək ki, mərhumun əmisi Vüqar Eynullayev 1995-ci ildə hərbi xidmət zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən mina partlayışı nəticəsində şəhid olub. Vüqar əmisinin adını daşıyırdı.

Elmar Hüseynov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı