Gəncə şəhərində ümumi sahəsi 3600 m² (hər mərtəbəsi 1800 m²) olan ikimərtəbəli "İmperial" şadlıq sarayının dam örtüyü 3 m² sahədə yanıb.
Bu barədə Modern.az-a FHN-dən məlumat verilib.
Yanğın zamanı şadlıq sarayında olan 100 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.