Modern.az

\"Əcəli ilə ölüb\" ssenarisi baş tutmadı - MƏHKƏMƏ

\

8 İyul 2022, 10:56

30 mart 2013-cü ildə paytaxtın Yasamal rayonu ərazisində İsmayıl Zeynalovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işinin ibtidai istintaqı tamamlanıb.

 

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, Bakı şəhər sakini Zaur Sadıqovla 29 mart 2013-cü il saat 21 radələrində tanışı İsmayıl Zeynalovun arasında avtomobildə mübahisə baş verib.

 

Zaur Sadıqov avtomobili yolda saxlayaraq  maşından enməyə çalışan narkotik vasitələrin təsiri altında olan İsmayıl Zeynalova bədəninin müxtəlif nahiyyələrinə təpiklə zərbələr vurub əlləri ilə onu boğaraq öldürüb.

 

Daha sonra narkotik vasitənin doza həddini aşması səbəbi ilə ölməsi görüntüsünü yaratmaq üçün onu küçədə səki üstünə sürüyüb qoyaraq hadisə yerindən uzaqlaşıb.


Zaur Sadıqova Cinayət Məcəlləsinin  120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı