Modern.az

Ordumuzun əsgəri həlak oldu

Ordumuzun əsgəri həlak oldu

9 İyul 2022, 11:17

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu ona təhkim edilmiş avtomat silahdan açılmış atəş nəticəsində ölüb.
 

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, hadisə iyulun 8-i saat 21 radələrində baş verib.

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Bayramov Hüseyn Ruslan oğlunun ona təhkim edilmiş avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı