Modern.az

Ağaclıq ərazidəki yanğın söndürüldü - YENİLƏNİB

Ağaclıq ərazidəki yanğın söndürüldü - YENİLƏNİB

11 İyul 2022, 22:22

Bakı şəhərinin Binəqədi rayonunda Xocəsən dairəsinin yaxınlığında ağaclıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Bu barədə Modern.az-a FHN məlumat verib.

 

İlkin məlumata əsasən, təqribən 700 m² sahədə quru ot və ağaclar yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

 

***

21:49

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda Xocəsən dairəsinin yaxınlığında ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

 

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

 

Əlavə məlumat veriləcək

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı