Modern.az

Nizami küçəsindəki hadisənin səbəbi AÇIQLANDI 

Nizami küçəsindəki hadisənin səbəbi AÇIQLANDI 

12 İyul 2022, 00:11

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda, H.Z.Tağıyev küçəsində rabitə quyusunda partlayış olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

 

Modern.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

 

İlkin məlumata əsasən, rabitə quyularından birində partlayış baş verib, yeraltı kommunikasiya xətlərində yanğın olub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Hadisənin səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı