Modern.az

7 cinayətin üstü illər sonra AÇILDI

7 cinayətin üstü illər sonra AÇILDI

12 İyul 2022, 10:12

İyulun 11-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 43-ünün, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 7-sinin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   


Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 28, o cümlədən borclu şəxs qismində axtarışda olan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 


Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.  

 
Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı