Modern.az

“Metropark”ın yanında səki zəbt edildi - İcra Hakimiyyəti sökdürdü

“Metropark”ın yanında səki zəbt edildi - İcra Hakimiyyəti sökdürdü

Hadisə

13 İyul 2022, 10:52

Ötən gün sosial şəbəkədə Nərimanov rayonu Təbriz küçəsində, “Metropark” Ticarət Mərkəzinin yaxınlığında yeni yaşayış binası tikintisi zamanı binanın qarşısının genişləndirilməsi və səkinin zəbt edilməsi barədə məlumat yayılıb.

 

Geniş müzakirələrə səbəb olan məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyəti açıqlama yayıb.

 

İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, məsələ ilə bağlı lazımi tədbirlər görülüb:

 

"Rayonun kommunal xidmətləri tərəfindən həmin əlavə tikinti sökülüb, hazırda ərazi təmizlənir, tikinti materialları daşınır".

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər