Modern.az

Tərtərdə DƏHŞƏT - Qardaş bacı qatili oldu

Tərtərdə DƏHŞƏT - Qardaş bacı qatili oldu

14 İyul 2022, 16:02

İyulun 14-ü saat 13 radələrində Tərtər-Şıxarx yolunun kənarında 1982-ci il təvəllüdlü Leyla Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Tərtər rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qardaşı 1996-cı il təvəllüdlü Aqil Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Leyla Mustafayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Aqil Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama