Modern.az

Ötən günün HADİSƏLƏRİ - Ölənlər var

Ötən günün HADİSƏLƏRİ - Ölənlər var

Hadisə

15 İyul 2022, 09:32

İyulun 14-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 78-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 1-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 48, o cümlədən borclu şəxs qismində axtarışda olan 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.    

 

Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU