Modern.az

Kəmərdə qəza - Bu qəsəbələrdə su kəsiləcək

Kəmərdə qəza - Bu qəsəbələrdə su kəsiləcək

18 İyul 2022, 18:10

H.Z.Tağıyev qəsəbəsindəki mərkəzi nasos stansiyasından Bakı şəhərini qidalandıran magistral su kəmərlərinin birində baş vermiş qəza ilə əlaqədar Bakıxanov, Əmircan, Bülbülə, Yeni və Köhnə Günəşli qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə "Azərsu" ASC-dən məlumat verilib.

 

Əraziyə qəza-bərpa briqadaları cəlb olunub və xüsusi texnikanın köməkliyi ilə təmir işləri aparılır.

 

Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı