Modern.az

257 nəfər YOLUXDU - Aktiv xəstə sayı mini ötdü

257 nəfər YOLUXDU - Aktiv xəstə sayı mini ötdü

Hadisə

19 İyul 2022, 16:34

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 257 yeni yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 794 913 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 784 090 nəfər müalicə olunaraq sağalıb, 9 727 nəfər vəfat edib, aktiv xəstə sayı 1 096 nəfərdir.

Ölkədə son sutka ərzində 3 658, hazırkı dövrədək isə 7 008 073 test aparılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı