Qazaxda kişi həyat yoldaşına balta ilə xəsarət yetirib.
Modern.az-ın xəbərinə görə, hadisə rayonun Qarapapaq kəndində baş verib.
Belə ki, kənd sakini 1981-ci il təvəllüldüa Xasməmmədov Eldəniz münaqişə zamanı keçmiş həyat yoldaşı, 1982-ci il təvəllüdlü İlhamə Xasməmmədovanı balta ilə vurub. Bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Onlar bir müddət əvvəl boşansalar da, məhkəmə tərəfindən qadına həmin evdə yaşamaq hüququ verilib. Məlumata görə, hadisə azyaşlı uşağın gözü qarşısında baş verib.
Faktıa bağlı araşdırma aparılır.