Modern.az

Ötən günün kriminal STATİSTİKASI

Ötən günün kriminal STATİSTİKASI

20 İyul 2022, 10:00

İyulun 19-da ölkə ərazisində qeydə alınan cinayətlərdən 57-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 9-nun açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 41, o cümlədən borclu şəxs qismində axtarışda olan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.    

Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı