Modern.az

Şabranda iki nəfər göldə batdı

Şabranda iki nəfər göldə batdı

Hadisə

20 İyul 2022, 23:51

Şamaxı rayonunda iki nəfər suda boğularaq ölüb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saat 20:00 radələrində rayonun Əngəxaran kənd sakinləri, 2006-cı il təvəllüdlü Ağaqardaş Rəhimov həmyaşıdı Fərid Rəcəbov və 2008-ci il təvəllüdlü Rəvan Mirzəyev Qızmeydan kəndi ərazisində yaradılmış süni göldə çimərkən boğulub.

 

Ağaqardaş hadisə yerində, Rəvan Şamaxı Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

 

Həkimlərin səyi nəticəsində Fəridin həyatını xilas etmək mümkün olub.

 

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

 

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı