Modern.az

23 şəxs cinayət başında yaxalanıb

23 şəxs cinayət başında yaxalanıb

Hadisə

22 İyul 2022, 14:14

2022-ci ilin birinci yarımili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları tərəfindən 96 cinayət işi başlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən Kollegiya iclasında bildirilib.

 

Keçirilmiş 22 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 23 şəxs cinayət başında yaxalanmış, habelə 6 nəfər axtarışda olan şəxs saxlanılıb.


Həmçinin bildirilib ki, 2022-ci ilin birinci yarımili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fəaliyyət göstərən “161  Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 2339 müraciətdən 63-ü  üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı