Modern.az

40 yaşlı qadın itkin düşdü

40 yaşlı qadın itkin düşdü

22 İyul 2022, 22:29

Lənkəranda 40 yaşlı qadın naməlum şəraitdə itkin düşüb.

 

Modern.az FHN-ə istinadən xəbər verir ki, Tükəvilə kəndi ərazisində naməlum şəraitdə itkin düşmüş 1982-ci il təvəllüdlü İbrahimova Fəxriyyə Söhbət qızının axtarışlarının aparılması üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin müvafiq strukturları və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

 

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri axtarışlara cəlb olunub.

 

Əlavə məlumat veriləcək.

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı