Tovuz rayonunun İbrahimhacılı kəndində iki qadının faciəli şəkildə ölməsinə səbəb olan yanğın hadisəsinin təfərrüatı məlum olub.
Modern.az-ın əldə etdiyi məlumata görə, yanğın nəticəsində dünyasını dəyişən 1954-cü il təvəllüdlü Quliyeva Yaqut Fəryad qızı və 1952-ci il təvəllüdlü Cabbarova Həqiqət Səməd qızı qonşu olublar.
Yaqut Quliyeva tək yaşayırmış. Onun övladlarından biri hazırda həbsxanadadır, digəri isə illər öncə vəfat edib.
Həqiqət Cabbarova qonşusu xəstə olduğuna görə, onunla gecələyirmiş. Hadisə həyətdəki kiçik tikilidə baş verib. İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olub.
Qeyd edək ki, Tovuz rayonunun İbrahimhacılı kəndində ümumi sahəsi 144 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 115 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 25 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı iki qadının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Həmçinin oxuyun:
Tovuzda FACİƏ: İki qadın yanaraq öldü
Elmar Hüseynov