Modern.az

Prokuror Əvəz Hafizlini öldürən şəxsə 10 il həbs İSTƏDİ

Prokuror Əvəz Hafizlini öldürən şəxsə 10 il həbs İSTƏDİ

Hadisə

25 İyul 2022, 18:16

Prokuror Bakıda qətl törətməkdə təqsirləndirilən Əmrulla Güləliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, bu barədə dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

 

Proses iyulun 29-da davam etdiriləcək.

 

Qeyd edək ki, hadisə bu ilin fevralında Sabunçu rayonunun Balaxanı qəsəbəsində qeydə alınıb. Belə ki, Ə.Güləliyev qohumu, 24 yaşlı Əvəz Hafizlini yaşadığı evin həyətində bıçaqlayaraq qətlə yetirib.

 

Ə.Güləliyevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı