Modern.az

Tovuzda ağır qəza: Ölən və yaralılar var

Tovuzda ağır qəza: Ölən və yaralılar var

Hadisə

27 İyul 2022, 22:30

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Quşçu kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan 2 "VAZ" markalı avtomobil toqquşub.

 

Qəza zamanı bir qadın ölüb, 4 nəfər ağır yaralanıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

 

Ölən qadın rayonun Aşağı Quşçu kənd sakini 1966-cı il təvəllüdlü Tağıyeva Rəna Fərman qızıdır.

 

Xəsarət alanlar Aşağı Quşçu kənd sakini, 1963-cü il təvəllüdü Tağıyev Fərman Həsən oğlu, 2016-ci il təvəllüdlü Tağıyev Fərid Rahib oğlu və Qovlar şəhər sakini, 1995-ci il təvəllüdlü Əliyev Rəmzi Xanoğlan oğludur. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

 

Qeyd edək ki, qəzaya düşən Tağıyevlər bir ailənin üzvləridir. Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı