Modern.az

Evlərdən oğurluq edən şəxs HƏBS OLUNDU

Evlərdən oğurluq edən şəxs HƏBS OLUNDU

Hadisə

30 İyul 2022, 18:52

Suraxanı rayonunda evlərdən oğurluq edən şəxs müəyyən olunub.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, Rayon Polis İdarəsinin 30-cu Polsi Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 28-də Binə qəsəbəsindəki həyətlərin birindən oğurluğa cəhd göstərən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Rzayev saxlanılıb.

 

Onun ətrafında aparılan tədbirlərlə onun daha 4 evdən ümumilikdə 2850 manat, 1000 ABŞ dolları və 10.800 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı