Modern.az

Müharibə iştirakçısı arvadını intihar həddinə çatdırdı

Müharibə iştirakçısı arvadını intihar həddinə çatdırdı

Hadisə

1 Avqust 2022, 20:25

Gəncə sakini ərinin davranışlarına görə intihara cəhd edib.

 

Modern.az Report-a istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Firuzə Zeynalova həyat yoldaşı, Vətən müharibəsi iştirakçısı, II qrup əlil, 1987-ci il təvəllüdlü Aslan Zeynalovun kobud rəftarına görə bu addımı atıb.

 

Qadın həyat yoldaşının onu əsassız, qanunsuz işlərə təhrik etməklə dələduzluq etməyə məcbur etdiyini və bundan bezdiyi üçün başqa çıxış yolu olmadığını bildirib.

 

İntihar cəhdinin qarşısı alınıb.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Firuzə Zeynalovanın intihara cəhd etməsi faktı ilə bağlı hazırda Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı