Modern.az

Füzulidə 3 nəfər minaya düşdü - Birinin ayağı amputasiya edildi

Füzulidə 3 nəfər minaya düşdü - Birinin ayağı amputasiya edildi

Hadisə

2 Avqust 2022, 11:20

Avqustun 2-i saat 10 radələrində minatəmizləmə işləri ilə məşğul olan şirkətin 3 əməkdaşının Füzuli rayonun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a verilən məlumatada bildirilib.


Araşdırmalara müəyyən edilib ki, 1990-cı il təvəllüdlü Yadigar Şükürov, 1991-ci il təvəllüdlü Rövşən Əlizadə və 1976-cı il təvəllüdlü Qılman Hüseynovun qeyd edlən ərazidə minatəmizləmə işləri həyata keçirərkən piyada əleyhinə minaya düşmələri nəticəsində Y.Şükürov və R.Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Q.Hüseynovun isə sağ ayağı amputasiya olunub. 


Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.


Faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı