Sabirabadda baş verən yol qəzasında ölən şəxsin kimliyi məlum olub.
Modern.az xəbər verir ki, həlak olan şəxs Salyan sakini, 1990-cı il təvəllüdlü Fazil Sabir oğlu Məhərrəmovdur. Onun YAP Salyan rayon təşkilatının sədr müavini olduğu bildirilir.
***
Sabirabad rayonunda ölümlə nəticələnən zəncirvari yol qəzası baş verib.
Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabadın Qaragüney kəndində, Şirvan-Salyan magistralında qeydə alınıb.
"Mercedes" markalı minik və yük maşınlarının, “VAZ-2107” markalı minik avtomobilinin toqquşması nəticəsində 1 nəfərin hadisə yerində öldüyü, 6 nəfərin xəsarət aldığı bildirilir.
Xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.